Nazir: "Azərbaycanda biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var"


Digərləri 18 Fev 2019 16:39:00 174 0

Nazir: "Azərbaycanda biznesin istənilən sahəsi və növü ilə məşğul olmağa şərait var"

Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti sahibkarların biznesin istənilən sahəsi və növü ilə məşğul olmasına imkan verir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

Nazir bildirib ki, 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi qeyri-neft sektorunda özəl investisiyaların artımına ciddi töhfə verir. İndiyədək investisiya təşviqi sənədi verilmiş 345 layihəyə 3 milyard manata yaxın investisiya qoyuluşu və 22 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Ş.Mustafayev vurğulayıb ki, 2018-ci ildə özəl bölmənin ÜDM-də payı 84%-ə çatıb, məşğulluqdakı payı isə 76% təşkil edib:

"Son bir ildə vergi inzibatçılığı sahəsində ciddi və əsaslı islahatlar aparılıb, vergi yükünün səmərəli tənzimlənməsində əhəmiyyətli işlər görülüb, vergi qanunvericiliyi təkmilləşdirilməklə vergitutma optimallaşdırılıb, dövlət vergi orqanlarının fəaliyyəti daha da müasirləşdirilib, vergi ödəyiciləri ilə mütərəqqi işgüzar münasibətlər formalaşdırılıb, institusional dəyişikliklər aparılıb, kadr potensialı və maddi-texniki təminat gücləndirilib. Hazırda Vergilər Nazirliyində informasiya-kommunikasiya texnologiyalarının son yeniliklərinin istifadə olunması, vergi ödəyiciləri ilə münasibətlərin elektronlaşdırılması işləri uğurla davam etdirilir. Vergi xidmətlərinin göstərilməsində rəqəmsallaşma və elektronlaşmanın tətbiqinin genişləndirilməsi daimi prosesə çevrilib".