Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı “O pis vərdişin yolçusu..."


Şou-biznes 18 Fev 2019 16:29:00 262 0

Tacir Fədayə Laçından ayrılmağının səbəbini açıqladı  “O pis vərdişin yolçusu..."

Mən Tacir Şahmalıoğlu olaraq deyirəm, gəlib qanımı yoxlasınlar, görsünlər ki, qanımda narkotik çıxacaqmı?

Son.az aznews.az-a istinadən Tacir Şahmalıoğlu ilə müsahibəni təqdim edir:

- Tacir müəllim, bir müddət bundan öncə mətbuatda ananızın məskunlaşdığı evdən çıxarılması haqqında məlumatlar yayılırdı. Bu məsələnin sonu necə yekunlaşdı?

- 10 nəfər yanğınsöndürən, 10 nəfər polis, 10 nəfər də məhkəmə işçisi gəlmişdi. Onların sayını görəndə dəhşətə gəldim. Baxdım ki, onlarla bacara bilməyəcəm. Onlara müqavimət göstərmək lazım idi. O da mənlik deyildi. Xalqın içində olan adamam, belə şeylərlə məni gözdən salmaq istəyirdilər. Onlar gələndə yanımda anam, bir də bacılarım vardı. Hamımız onların hərəkətinə baxırdıq. Əgər bir balaca onlara müqavimət göstərsəydik, məni həbs etdirərdilər.

- Anan illərdir ki, yaşadığı evi tərk edəndə hansı hissləri keçirdi?

- Anam özündə deyildi. Dəhşət pis olmuşdu. Mən də sındım, bu məsələdə anamın qarşısında aciz qaldım. Anam oğlunun iyini ordan alırdı. Ona tək təskinlik verən rəhmətlik qardaşımın yaşadığı evin divarları idi. O da daha yoxdur. Deyir ki, mən ancaq bu evdə təskinlik tapıram. Canında Azərbaycan qanı daşıyan kimsə bu hərəkəti edə bilməz. Çox əsəbiləşmişdim.

- Deyirsiniz ki, həmin vaxt Yanğından Mühafizə İdarəsinin əməkdaşları da hadisə yerində olub. Onların gəlişinin səbəbi nə olub?

- Bizim həmin binada qohumlarımız yaşayır. Yəqin düşünüb ki, bizdən kimsə müqavimət göstərər, nə bilim, özünü yandırar. Yəqin təhlükəsiz tədbirlərini öncədən hazırlayıblar. Biz niyə səs-küy salaq ki? Əksinə mən orada qonşuları sakitləşdirdim. Dünən bizi çıxardılar, sabah bir başqa evin yiyəsini bayıra atacaqlar. Onsuz da mən oradan çıxacaqdım, amma daha belə vəziyyətdə yox. Mənim xalqımın nümayəndəsinin hərəkətlərini belə görəndə nifrət elədim. Gözümün qarşısında anamı sürüyürdülər. 4-5 nəfər də mənim qolumdan tutub torpağın üstündə sürüyürdü. Hələ bacımı da o yan, bu yana çəkişdirdilər. Dedim ana, belə şey bizə yaraşmaz. Gəl gedək, bu ev, bu da onlar, nə istəyirlər etsinlər, haram xoşları olsun. Ev sahibi də ordaydı, bomj görkəmində qıraqda durub baxırdı. Mənim böyük sənətim var. Allah bu günə kimi mənə arxa olub. Bundan sonrakı əsrdə ikinci Tacir doğula ya yox. Getdi, bəlkə də doğulmayacaq. Çox əfsuslar olsun ki, belə sənət sahibinə qiymət qoymadılar. Mən bu gün sənətimin çörəyini yeyirəm, xalqıma mənim canım qurban. Aramızda musiqini yaxşı anlayan oğlanlar var. Onlar qoymurlar ki, mən çörəksiz qalam. Mən heç bir vaxt pula önəm verməmişəm. Yaxşı dostlar sağ olsun. Hansı ki, o dostlar məni sınmağa qoymurlar.