Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb


Digərləri 18 Fev 2019 16:05:00 226 0

Məhkəmə insan alverində təqsirləndirilən qadını azadlığa buraxıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Günel Hüseynovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Hüseynova barəsində şərti cəza təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü G.Hüseynova ötən il həbs edilib.