Benzema millini "unudub"


İdman 18 Fev 2019 15:53:00 261 0

Benzema millini "unudub"

Real-ın fransız hücumçusu Kərim Benzema Fransa millisindən dəvət gözləmədiyini deyib.

Goal.az xəbər verir ki, futbolçu 2015-ci ildən millidə oynamır. Komanda yoldaşı Matye Valbueananı intim video ilə şantaj etdiyi üçün millidən qovulub. “Fransa dünya çempionudur. Heyətdə istedadlı gənclər kifayət qədərdir. Dəvət gözləmirəm. Düzü, millinin həsrətində deyiləm”,- forvard bildirib.

Benzema karyerası ərzində 81 matçda millinin şərəfini qoruyub. 27 qol vurub.