"SOCAR Polymer"in yeni zavodu ölkədə yüksək sıxlıqlı polietilenə tələbatı tam ödəyəcək FOTO


Digərləri 18 Fev 2019 15:38:00 429 0

"SOCAR Polymer"in yeni zavodu ölkədə yüksək sıxlıqlı polietilenə tələbatı tam ödəyəcək  FOTO

Sumqayıtda "SOCAR Polymer"in bu gün istismara verilən yüksək sıxlıqlı polietilen zavodu ölkə daxilində yüksək sıxlıqlı polietilenə tələbatı tam təmin edəcək, məhsulun 75 faizi xarici bazarlara ixrac olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə istinadən məlumat verir.

Qeyd edək ki, fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "SOCAR Polymer" layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub.

Zavodun istismara verilməsi indiyə qədər ölkəyə idxal edilən yüksək sıxlıqlı polietilen məhsuluna tələbatı tam ödəməyə imkan yaradacaq. İlkin proqnozlara görə, "SOCAR Polymer" zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.

Bundan əlavə, istismar müddətində "SOCAR Polymer" tərəfindən dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar həcmində verginin ödənilməsi nəzərdə tutulur. SOCAR-ın yeni sənaye kompleksinin fəaliyyətə başlaması ilə daxili bazarın tələbatı tam təmin olunacaq və məhsulun 75 faizi isə Türkiyə və Avropa bazarlarına ixrac ediləcək.


Xəbərə aid fotolar