Marselo: “Real məni qovmayacaq”


İdman 18 Fev 2019 15:32:00 183 0

Marselo: “Real məni qovmayacaq”

Real-ın müdafiəçisi Marselo klubdan ayrılacağı ilə bağlı yayılan xəbərə aydınlıq gətirib.

Goal.az xəbər verir ki, braziliyalı karyerasının çətin dövrünün geridə qaldığını deyib. “Real-ın satmaq istədiyi futbolçular siyahısında olsam, incimərəm. Rəhbəlik istədiyi qərarı verə bilər. Gücümə inanıram. Bilsəm ki, lazım deyiləm, ayrılacağam. Kədərlənəcəyəm, amma ayrılacağam. Əminəm ki, qovulmayacağam. Hazırda aşağı səviyyədə oynayıram. Gizlətməyə dəyməz. Çətin zamanlar yaşadım. İndi hər şey arxada qalıb. Özümü yaxşı hiss edirəm”, - braziliyalı bildirib.