Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib (FOTO)


Digərləri 18 Fev 2019 15:32:00 205 0

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib (FOTO)

Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib.

Bakı. Belçikada Qüdslə bağlı beynəlxalq sərgi keçirilib. İslam Əməkdaşlıq Gənclər Forumunun (İƏGF) Avrasiya Regional Mərkəzindən Trend-ə verilən məlumata görə, Belçikada yerləşən “Think Out” təşkilatı və Gent bələdiyyəsinin əməkdaşlığı ilə İƏGF Avrasiya Regional Mərkəzi tərəfindən 14-17 fevral tarixlərində Belçikanın Gent şəhərində “Qüdsün İnsan Simaları” adlı beynəlxalq foto-sərgi keçirilib. Sərgi İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri konfransının müvafiq qərarı ilə təsdiq olunmuş və İƏGF ilə Fələstin Gənclər və İdman Şurasının birgə həyata keçirdiyi Qüds – İƏT Gənclər paytaxtı 2018 beynəlxalq proqramı çərçivəsində təşkil edilib.