Obamanın qızı şərab içəndə "hədəf" oldu FOTO


Digərləri 18 Fev 2019 15:06:00 267 0

Obamanın qızı şərab içəndə "hədəf" oldu  FOTO

ABŞ-ın sabiq, 44-cü prezidenti Barak Obamanın böyük qızı Maliya Florida ştatındakı Mayamidə sevgilisi və rəfiqələri ilə birlikdə istirahət  edib.

Son.az Radar Online-a istinadən bildirir ki, Harvard Universitetinin tələbəsi olan 20 yaşlı Maliya sevgilisi və tələbə yoldaşı, britaniyalı milyonçunun oğlu Rori Farkuharsonla çimərlikdə olarkən paparassilərin kameralarından yayına bilməyib.

Bikinidə olan Maliya 80 dollarlıq "Whispering Angel" şərabı içərkən kameralara "hədəf" olub. Halbuki ABŞ qanunlarına görə, Maliyanın spirtli içki içmək hüququ yoxdur. Onun 21 yaşı iyulun 4-də tamam olacaq.