"İşıqlı kuklalar şousu" böyük marağa səbəb olub


Digərləri 18 Fev 2019 14:57:00 206 0

"İşıqlı kuklalar şousu" böyük marağa səbəb olub

Fevralın 17-də Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa "İşıqlı kuklalar şousu" təqdim olundu.

Nikolay Zıkov teatrının təqdimatında Bakıda ilk dəfə keçirilən "İşıqlı kuklalar" şousuna göstərilən marağı və çoxsaylı tamaşaçı müraciətlərini nəzərə alaraq əlavə 16:00 seansının keçirilməsi qərara aldınıb.

Qeyd edək ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar hər yaşda tamaşaçıların böyük marağına səbəb oldu.