Azərbaycan çempionatının 99-cusu


İdman 18 Fev 2019 14:52:00 223 0

Azərbaycan çempionatının 99-cusu

Premyer Liqasının XVII turunun “Keşlə” – “Sumqayıt” oyunu (2:1) gənc hakim Rauf Allahverdiyevin debütü ilə əlamətdar olub.

Goal.az xəbər verir ki, qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev oyunun gedişində Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdir. XII turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi. (PFL)