“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada


Digərləri 18 Fev 2019 14:43:19 181 0

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada

Maştağa qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək.

Bakı. Maştağa qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə vətəndaşa yönəlik “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə qeydiyyat xidmətlərini daha da əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə vətəndaşların ərazi idarəsinə getmək ehtiyacı aradan qaldırılır. Çevik xidmət və rahat müraciətə yönəlmiş növbəti kampaniya bu həftə Maştağada keçiriləcək.