Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı


Digərləri 18 Fev 2019 14:25:00 209 0

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

DİM-dən Son.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib.

İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən:

BA1 altqrupu üzrə - 5 nəfər;

BA2 altqrupu üzrə - 14 nəfər;

BA3 altqrupu üzrə - 36 nəfər;

BA4 altqrupu üzrə - 86 nəfər;

BB1 altqrupu üzrə - 171 nəfər;

BB2 altqrupu üzrə - 178 nəfər;