"SOCAR Polymer"in yeni zavodu ölkədə yüksək sıxlıqlı polietilenə tələbatı tam ödəyəcək, məhsulun 75 faizi ixrac olunacaq (FOTO)


Digərləri 18 Fev 2019 14:03:00 205 0

"SOCAR Polymer"in yeni zavodu ölkədə yüksək sıxlıqlı polietilenə tələbatı tam ödəyəcək, məhsulun 75 faizi ixrac olunacaq (FOTO)

"SOCAR Polymer"in yeni zavodu ölkədə yüksək sıxlıqlı polietilenə tələbatı tam ödəyəcək, məhsulun 75 faizi ixrac olunacaq.

Bakı. Sumqayıtda “SOCAR Polymer”in bu gün istismara verilən yüksək sıxlıqlı polietilen zavodu ölkə daxilində yüksək sıxlıqlı polietilenə tələbatı tam təmin edəcək, məhsulun 75 faizi xarici bazarlara ixrac olunacaq. Bu barədə Trend Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə istinadən məlumat verir. Qeyd edək ki, fevralın 18-də Sumqayıt Kimya Sənaye Parkı ərazisində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub. Zavodun istismara verilməsi indiyə qədər ölkəyə idxal edilən yüksək sıxlıqlı polietilen məhsuluna tələbatı tam ödəməyə imkan yaradacaq. İlkin proqnozlara görə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Zavodların istismar dövründə 6,6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək.