“8 nəfər öldü” Məhkumdan ürək dağlayan sözlər VİDEO FOTO


Kriminal 18 Fev 2019 13:54:00 363 0

“8 nəfər öldü”  Məhkumdan ürək dağlayan sözlər  VİDEO  FOTO

Son.az bildirir ki, ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında məhkum Mahir Əliyevin həyat hekayəsindən bəhs edilib.

Mahir Əliyev - (Cəzası: 10 il): "2010-cu ilin aprel ayının 20-si gecə Bakıdan Qazaxa gedirdim. Öz yolumla getdiyim yerdə "Mercedes" markalı avtobus soladönmə manevri etdi. Mənim maşınımı sağ tərəfdən vurdu, mənim maşınım da onu vurub yola atdı, mənim maşınım isə sola aşdı. Avtobus aşandan sonra çıxdım gördüm mühərrikdən səs gəlir, suyu axır. Söndürdüm, gəlib insanlara kömək etdim.

Köməkçimlə birgə onları çıxardıq, iki nəfəri çıxara bilmədik. Bu hadisədə 8 nəfər öldü, bir nəfər 10-12 yaşlarında uşaq da var idi. Elə bildim hər şeyim əlimdən getdi. Ani oldu, avtobusun çevrildiyini hiss etməmişəm. Bir də gördüm maşının monitoru ayağımın altındadır. Digər sürücü də tutulub. Ona 7 il yarım cəza verilib. Həbsxanada otaq yoldaşımla mübahisə etdiyim üçün karsa salındım. Dünyada azadlığın tayı, bərabəri yoxdur".

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid foto