“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandılar VİDEO


Kriminal 18 Fev 2019 14:00:00 362 0

“Lotu Quli”nin tutduğu killerlər belə yaxalandılar  VİDEO

Rusiya Daxili İşlər Nazirliyi Moskvanın Novoyasenevski prospektində yerləşən otellərdən birində adamöldürməyə cəhd və qanunsuz silah saxlamaqda şübhəli bilinən iki Azərbaycan vətəndaşının yaxalandığı anın görüntülərini yayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, söhbət bu il yanvarın 28-də Nijnevartovsk şəhərində kriminal avtoritet Taleh Orif oğlu Əliyevə qəsd edən 23 və 39 yaşlı azərbaycanlı killerlərdən gedir.

Qeyd olunur ki, Nijnevartovskun Marjal Jukov küçəsində 39 yaşlı şəhər sakini evinin qarşısında güllələnib. O, ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

İstintaqa görə, sui-qəsdin sifarişçisi "Lotu Quli" kimi tanınan "qanuni oğru" Nadir Səlifovdur. O, Nijnevartovsk bazarlarına nəzarət uğrunda T. Əliyevi güllələtdirib.

Faktla bağlı cinayət işi açılıb. Hadisədə şübhəli bilinən daha bir nəfər beynəlxalq axtarışa verilib.