2 otaqlı evdə yanğın olub


Digərləri 18 Fev 2019 13:26:00 212 0

2 otaqlı evdə yanğın olub

Biləsuvarda 2 otaqlı evdə yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Xırmandalı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.