Azərbaycanda ilk “DOST” mərkəzi nə vaxt açılacaq?


Digərləri 18 Fev 2019 12:58:21 226 0

Azərbaycanda ilk “DOST” mərkəzi nə vaxt açılacaq?

Yaxın günlərdə Azərbaycanda ilk "DOST" (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzi açılacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Vergilər. Şəffaflıq. İnkişaf" forumunda deyib.

Nazir bildirib ki, mərkəzdə "bir pəncərə" prinsipi ilə əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində 124 xidmət göstəriləcək: "Perspektivdə ölkədə 31 "DOST" mərkəzinin açılışı nəzərdə tutulur".