Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb


Digərləri 18 Fev 2019 12:52:36 186 0

Dövlət qulluğuna qəbul imtahanının nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib.

Bakı. İlhamə İsabalayeva - Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. DİM-dən Trend-ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1878 namizəddən 27 nəfər imtahana gəlməyib. İmtahan nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən: BA1 altqrupu üzrə – 5 nəfər; BA2 altqrupu üzrə – 14 nəfər; BA3 altqrupu üzrə – 36 nəfər; BA4 altqrupu üzrə – 86 nəfər; BB1 altqrupu üzrə – 171 nəfər;