Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq vaxt məlum oldu


Digərləri 18 Fev 2019 12:45:04 220 0

Fədayə Laçının apelyasiya şikayətinə baxılacaq vaxt məlum oldu

Bakıda məhbusların nəzarət altından qaçmasında təqsirləndirilərək 5 il azadlıqdan məhrum edilən müğənni Fədayə Laçın və onunla birlikdə təqsirləndirilən 12 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdikləri apelyasiya şikayəti üzrə keçiriləcək məhkəmənin vaxtı məlum olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında F.Laçının vəkili Nurəngiz Qarayeva deyib.

Vəkil bildirib ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində fevralın 28-də baxılacaq.

Prosesə hakim Elmar Rəhimov sədrlik edəcək.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə, Fədayə Laçın 5 il, Ceyhun Səmədov 9 il, Fuad Hacıyev 8 il 6 ay, Tural Poladxanov 8 il 6, Bəhruz Abdullayev 9 il, Əli Ağami 20 il, Günay Atakişiyeva 6 il, Aqil Nəcəfov 9 il, İsrafil Soltanov 7 il, Məhəmməd Hacıyev 7 il, Tərlan Zeynalov 7 il, Şahmar Əzizadə 7 il, Anar Əsgərov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişdilər.