Əks cins olsaydınız, hansı məşhur olmaq istəyərdiniz?


Şou-biznes 18 Fev 2019 12:46:00 252 0

Əks cins olsaydınız, hansı məşhur olmaq istəyərdiniz?

Yerli məşhurlar arasında sorğu keçirilib

.

Son.az axşam.az-a istinadən bildirir ki, onlar "əks cinsdən biri olsaydınız, hansı məşhur olmaq istəyərdiniz" sualına cavab veriblər.

Nigar Camal:

"Heç vaxt bu barədə düşünməmişəm. Ən sevdiyim məşhurlar Al Paçino və Robert De Nirodur. Onlardan biri olmaq istəyərdim".

Samir Bayramlı:

"Azərbaycanlılardan nəzərdə tutursunuzsa, heç biri olmaq istəməzdim. Əgər xaricilərdən söhbət gedirsə, Viktoria Bekham olmaq istəyərdim".

Sevil və Sevinc Səfərovalar:

"Denzel Vaşinqton olmaq istəyərdim. Çünki insanlıq baxımından çox mükəmməldir. Biz onu izləyirik. İş baxımından da hər şeydə birincidir".


Xəbərə aid fotolar