Neymarın atası hakimlərdən narazıdır


İdman 18 Fev 2019 12:13:00 220 0

Neymarın atası hakimlərdən narazıdır

PSG-nin forvardı Neymarın atası Neymar da Silva oğlundan danışıb.

Goal.az xəbər verir ki, o, oğlunun gələcəyinin Paris klubu ilə bağlı olduğunu vurğulayıb. “Mülahizə yürütmək bir az çətindir. Çünki futbolda hər an hər şey dəyişə bilir. Lakin Neymarın indiki və gələcək karyerası PSG ilə bağlıdır. Parisdə çox xoşbəxtdir. Artıq adaptasiya olub. Hər şey əladır. Bircə zədələr ona mane olur. Problem Fransa çempionatında yox, buradakı hakimlərdədir. Ədalət təmsilçiləri qaydaları qorumalıdır. Təəssüf ki, hakimlər əksər hallarda kobudluğu qeydə almır. Bunun nəticəsində futbolçuların bir çoxu zədələrdən əziyyət çəkməli olur”.