“Evlənəcəyim qızı yoxlamaq üçün anamı pisləmişəm”


Şou-biznes 18 Fev 2019 12:18:00 238 0

“Evlənəcəyim qızı yoxlamaq üçün anamı pisləmişəm”

ARB TV-nin "Kim var, kim yox" verilişinin növbəti qonağı müğənni Elnar Xəlilov olub.

Son.az bildirir ki, müğənni ilk dəfə efirdə maraqlı açıqlama edib:  "Mən bunu heç yerdə danışmamışam. Təbii ki, gözünü yumub ailə həyatı qurmaq olmur. Ailə həyatına gedən yolda kişi tərəfindən qadına yoxlamalar da olur, "proqon"lar da. Mən deyərdim ki, bir kişinin anası pislənilirsə, günah kişidədir. Niyə? Çünki özü o şəraiti yaradır. Bu proses necə olur? Mən həyat təcrübəmdən götürürəm. Nəticə olaraq ana da insandır və o da hansısa bir yerdə emosiyalarına qapılıb nəyisə doğru demiyə bilər. Anasının doğru demədiyi sözü həyat yoldaşı ilə "Anama bax, gör nə etdi? Bütün əsəbimlə oynadı" deyən kişiyə o qadın iki gün sonra deyəcək ki, anan bütün günü məni bezdirir.

İkinci günü o sözü deməyi mütləqdir, çünki sən arıq o şəraiti yaratdın. Öz ananın qeybətini qadınınla etdin. Mən açıq deyirəm, bilirəm ki, həmin xanım da eşidir, yoxlamaq üçün demişəm ki, "Anam məni çox incidir". Amma o başlamaq istiyəndə artıq "dur" demişəm. Mən bunu səni yoxlamaq üçün dedim və bir də eşitməyim demişəm. O, artıq bilir ki, mənim dəyərlim kimdir. Mənim dəyərlim olmağa çalışır. Çünki bilir ki, mən dəyərlilərimi necə qoruyuram. Onun hədəfi də mənim dəyərlim olmaq olur. Artıq dəyərlimdir ki, martın 8-i toyumdur, İnşallah".


Xəbərə aid foto