“İkardi heyətə dönməlidir”- Spalletti


İdman 18 Fev 2019 11:34:00 204 0

“İkardi heyətə dönməlidir”- Spalletti

İnter-in hücumçusu Mauro İkardi komandasının Sampdoriya ilə matçını (2:1) həyat yoldaşı və agenti olan Vanda Nara ilə birlikdə San-Siro stadionunda tribunadan izləyib.

Goal.az xəbər verir ki, İnter-in baş məşqçisi Luçano Spalletti futbolçunun bu hərəkətinə münasibət bildirib. “İkardi soyunub-geyinmə otağına gəlib qələbəni komanda ilə birlikə qeyd etməli idi. Klubun bir parçasıdır. Düşünürəm ki, qələbəyə sevinib. Onunla bağlı problemi həll etmək lazımdır. Hamımız bunu istəyirik. Mauro mütləq heyətə dönməlidir”, - çalışdırıcı deyib.

Xatırladaq ki, klubun kapitan sarğısı İkardidən alınıb. 25 yaşlı argentinalı buna görə komadasının Avroliqada Rapid-lə matçından imtina edib. Sampdoriya oyununda isə dizinin ağrımasını bəhanə edərək iştirak etməyib. Futbolçunun həyat yoldaşı Vanda kapitan sarğısının İkardi üçün önəmli olduğunu deyib: “ Klub rəhbərliyi ilə 2-3 saatlıq söhbətimiz oldu. Lakin bu barədə mənə heç nə demədilər. Kapitanlığın əlindən alınması Mauronu kədərləndirib. Sanki bir ayağını itirib”.