Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb


Digərləri 18 Fev 2019 11:46:00 198 0

Azərbaycan avtomobil idxalını 2,5 dəfə artırıb

Bu ilin yanvar ayında Azərbaycana xaricdən 2 512 ədəd avtomobil gətirilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Son.az-a verilən məlumata görə, bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1 526 ədəd və yaxud 2,55 dəfə çoxdur.

Ölkəyə gətirilən avtomobillərin 18 ədədi və yaxud 0,72%-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 2 267 ədədi və yaxud 90,24%-i, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 215 ədədi və yaxud 8,59%-i yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 12 ədədi və yaxud 0,48%-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.