"Bulanıq suda balıq tutmaq zamanı bitib"


Digərləri 18 Fev 2019 11:47:00 209 0

"Bulanıq suda balıq tutmaq zamanı bitib"

Uçot sisteminin gizlədilməsi bazarın qeyri-sabitliyinə, neqativ hallara münbit şərait yaradırdı. Bu problemin həlli istiqamətində ciddi irəliləyiş əldə edilsə də biz səylərimizi davam etdirəcəyik.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "Vergilər, Şəffaflıq, İnkişaf" Forumunda çıxış edən vergilər naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, ötən illərdə uçot sisteminin bərpası üçün sahibkarlara vaxt verilib. Bununla bağlı, bir sıra sahibkarlara qarşı vergi qanunvericiliyi çərçivəsində mübarizə aparılıb: "Artıq hamı anladı ki, bulanıq suda balıq tutmaq zamanı bitib".