Prezident İlham Əliyev Sumqayıtda "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib
Siyasət 18 Fev 2019 11:25:00 239 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Sumqayıtda "SOCAR Polymer"in yüksək sıxlıqlı polietilen zavodunun açılışında iştirak edib.
Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısına zavodun fəaliyyəti barədə məlumat verildi.
Prezident İlham Əliyev müəssisəni işə saldı.
Sonra dövlətimizin başçısı zavodun kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
Mənbə: milli.az