Baş ağrısı ilə xəstəxanaya gedən kollec tələbəsi


Dünya 18 Fev 2019 10:47:00 338 0

Baş ağrısı ilə xəstəxanaya gedən kollec tələbəsi

Baş ağrısı ilə xəstəxanaya gedən yeniyetmə orada doğum edib.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, qarnında şişkinlik olmayan 18 yaşlı qadın baş ağrısı ilə xəstəxanaya gedib. 4 günlük komaya düşən Ebony Stevenson ayılanda övladının dünyaya gəldiyini görüb.

Axşam saat 8:30-da halı pisləşən Eboni anidən yerə yıxılıb. Onun anası evə təcili tibbi yardım çağırıb. Hadisə yerinə gələn həkimlər qızın hamilə olub-olmadığını soruşublar.

4 gün sonra komadan ayılıb, ana olduğunu eşidən qadın təəccüblənib. 18 yaşlı Eboni bildirib ki, hamiləliyindən xəbərsiz idi. O, doğuma qədər qusmayıb, mensturasiyasında geciklmələri olmayıb.

Həkimlər bildirib ki, kollecdə oxuyan qızın iki uşaqlığı olub. Onun biri vasitəsi ilə mensturasiya normal qaydada davam edib, digərində isə döl inkişaf edib. Onun Elodie adlı qızı bədəninin arxa hissəsində böyüdüyünə görə qarnında hiss olunacaq dərəcədə şişkinlik olmayıb.


Xəbərə aid fotolar