Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində (FOTO)


Digərləri 18 Fev 2019 10:44:00 249 0

Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində (FOTO)

Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub.

Bakı. Avstriyanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerl xanımı Natalya Bayerl ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzində olub. Mərkəzdən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan-Avstriya ədəbiyyatlararası əlaqələrindən, Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş R.M.Rilke, Robert Muzil, Ştefan Sveyq, Frans Kafka, Yozef Rot, Elias Kanetti, Yura Zoyfer, İlze Ayxinqer, Tomas Bernhard, Peter Handke kimi tanınmış Avstriya ədiblərinin əsərlərindən, Azərbaycan ədəbiyyatının almandilli ölkələrdə tanıdılması və təbliği istiqamətində alman dilinə tərcümə edilərək, Frankfurtda işıq üzü görmüş “Sirr – Azərbaycan hekayələri” kitabından söz açılıb.