Binəli Yıldırım bu gün istefa verəcək


Digərləri 18 Fev 2019 10:28:20 195 0

Binəli Yıldırım bu gün istefa verəcək

Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək.

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Parlamentinin spikeri Binəli Yıldırım bu gün istefaya gedəcək. Trend-in məlumatına görə, yerli vaxtla axşam saat 20:00-da o, artıq rəsmi şəkildə istefa verəcək. Qeyd edək ki, hələ yanvarın 30-da Türkiyə Parlamentinin spikeri B.Yıldırım fevralın 18-də rəsmi olaraq istefa verəcəyini bəyan etmişdi. Spiker istefasının İstanbul bələdiyyəsinin başçısı postuna namizədliyini irəli sürmək qərarı ilə bağlı olduğunu bildirmişdi.