"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi


Digərləri 18 Fev 2019 10:17:58 212 0

"Aztelekom"un sabiq baş direktorunun məhkumluğu ləğv edildi

"Rabitə işi"ndə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.

Son.az report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.