Zidan Chelsea qarşısında 2 şərt qoydu


İdman 18 Fev 2019 10:17:00 290 0

Zidan Chelsea qarşısında 2 şərt qoydu

Fransız mütəxəssis Zinəddin Zidan Chelsea-nı çalışdırmağa hazırdır.

Goal.az The Sun nəşrinə istinadən xəbər verir ki, çalışdırıcı iki şərt irəli sürüb. Zidan yeni transferlərə ən azı 220 milyon avro ayrılmasını istəyir. Həmçinin klubdan ayrılmaq istəyən Eden Hazardın saxlanılmasını tələb edir. Şərtlərə əməl olunsa, Zidan London klubuna gələ bilər.

Təcrübəli mütəxəssis Real-la birlikdə ardıcıl 3 dəfə Çempionlar Liqasını qazanıb. Analoji göstəriciyə futbol tarixində heç kim nail olmayıb. Fransızın 2018-də tərk etdiyi Real hazırda Premyer Liqada altıncı pillədədir.