Dünya Kubokunda gümüş medal


İdman 18 Fev 2019 09:57:00 305 0

Dünya Kubokunda gümüş medal

Milli Gimnastika Arenasında Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun final mərhələləri baş tutub.

Goal.az xəbər verir ki, ən yaxşıların mübarizəsində tamblinqçimiz Mixail Malkin fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Təmsilçimiz gümüş medala 74.600 xalla sahiblənib. 1-ci və 3-cü yerlərdə isə Rusiya gimnastları qərarlaşıb. Belə ki, kubokun qızıl medalını Vadim Afanasev (75.100), bürünc medalını isə Maksim Rabikov (72.000) əldə edib.

Gimnastımız Mixail həmçinin təsnifat və final mərhələsində ən yüksək icra xalını toplamaqla, ənənəvi AGF Trophy kubokuna da layiq görülüb.