Çini ən kök adamı yarım ilə 142 kq arıqlayıb


Digərləri 18 Fev 2019 09:59:00 215 0

Çini ən kök adamı yarım ilə 142 kq arıqlayıb

Çinin ən ağır çəkili insanı Van Haonan yarım il ərzində 142 kq arıqlayıb.

Bakı. Çinin ən ağır çəkili insanı Van Haonan yarım il ərzində 142 kq arıqlayıb. Trend-in məlumatına görə, bundan əvvəl çəkisi 334 kq olan 19 yaşlı V.Haonanın boyu 2 sm artıb, ayağı isə 4 ölçü azalıb. Bu, Şandon vilayətindən olan gəncin mədəsinin kiçildilməsi üzrə cərrahiyyə əməliyyatı sayəsində mümkün olub.