Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb


Digərləri 18 Fev 2019 10:05:00 238 0

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb

Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb.

Bakı. Elçin Mehdiyev - Formula 1 Azərbaycan Qran Prisinə artıq 47 ölkədən biletlər alınıb. Bunu Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarai 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula 1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Trend-ə müsahibəsində deyib. N.Arpadarai qeyd edib ki, bilet satışına 2018-ci ilin noyabr ayından start verilib: "Noyabr və dekabr aylarında biletlər 20 faiz endirimlə satılırdı. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb". O əlavə edib ki, sırf yerli sakinlərə əlavə 25%-lik endirim də tətbiq olunur. Yerli sakinlər kateqoriyasına şəxsiyyət vəsiqəsinə sahib hər bir Azərbaycan vətəndaşı və ölkədə müvəqqəti yaşama icazəsi olan hər bir xarici vətəndaş daxildir: