Ölkədə cinayət hadisələrinin 12 faizdən çoxu narkotiklə bağlı olub


Digərləri 18 Fev 2019 09:48:00 198 0

Ölkədə cinayət hadisələrinin 12 faizdən çoxu narkotiklə bağlı olub

Azərbaycanda cinayət hadisələrinin 12 faizdən çoxu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub

Bakı. Elçin Mehdiyev - 2018-ci ildə Azərbaycanda qeydə alınmış 26 381 cinayət hadisəsinin 3239-u və ya 12,3 faizi narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub. Trend-in məlumatına görə, həmin cinayət hadisələrinin 57,1 faizi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, 33,3 faizi eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri istehsal etmə, göndərmə, yaxud qanunsuz olaraq satma, 7,2 faizi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 2,2 faizi isə güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi ilə bağlı, 0,2 faizi isə digər cinayətlərdir. Hesabat dövründə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 2492 nəfər cinayət törətmiş şəxs müəyyən edilib ki, onların da 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub.