124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb


Digərləri 18 Fev 2019 09:06:00 248 0

124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb

Yanvar ayında 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin aylıq hesabatında bildirilib.

Yanvarda qonşu ölkəyə ümumilikdə 1587 xarici vətəndaşın girişinə qadağa qoyulub.

Gürcüstana buraxılmayan xarici vətəndaşlar arasında İran vətəndaşları 576 nəfərlə birinci yeri tutub. İkinci yerdə isə Hindistan vətəndaşlarıdır. Keçən ay bu ölkənin 366 vətəndaşı Gürcüstana buraxılmayıb.