Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub


Dünya 18 Fev 2019 08:54:00 201 0

Yaponiyada quş fermasında yanğın: minlərlə cücə tələf olub

Yaponiyanın Honsü adasında, Omitama şəhərində yerləşən quş fermasında böyük yanğın baş verib. Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində minlərlə cücə tələf olub.

Yanğın bazar günü axşam saatlarında baş verib. Fermanın 4 tikilisi tamamilə yanıb.

Hazırda yanğın söndürülüb. Hadisənin səbəbi məlum deyil. Fermanın əməkdaşları yanğın nəticəsində xəsarət almayıb.