Məhəmməd bin Salman Pakistana rəsmi səfər edib


Dünya 18 Fev 2019 08:59:00 269 0

Məhəmməd bin Salman Pakistana rəsmi səfər edib

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib. Son.az Trend-ə istinadən bildirir ki, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb.

Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.

Səfər çərçivəsində tərəflərin müəyyən sənədlərin imzalayacağı gözlənilir.