Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək


Digərləri 18 Fev 2019 08:50:27 165 0

Bu gecədən başlayaraq hava şəraiti dəyişəcək

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakı. Fevralın 18-dən 19-na keçən gecədən başlayaraq 20-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, yağıntılı olacağı, sulu qara keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu 19-da ötən günlə müqayisədə 6-8° aşağı enəcək, gün ərzində 2°-yə yaxın isti olacaq.