Xaspoladobada dəhşətli yanğın baş verib


Digərləri 18 Fev 2019 08:42:00 179 0

Xaspoladobada dəhşətli yanğın baş verib

Xaspoladobada dəhşətli yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Xaçmaz rayonunun Xaspoladoba kəndində ümumi sahəsi 144 m² olan ikimərtəbəli evin 1-ci mərtəbəsində yerləşən qarajın taxta konstruksiyalardan ibarət tavanı 30 m² sahədə və qarajda olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.