İsveçrədə qatar relsdən çıxıb


Dünya 18 Fev 2019 08:49:00 240 0

İsveçrədə qatar relsdən çıxıb

Almaniyanın İCE (Şəhərlərarası ekspres) İsveçrənin Bazel şəhəri vağzalı yaxınlığında relsdən çıxıb. Son.az Trend-ə istinadən bildirir ki, qatar Berlindən İsveçrənin İnterlaken şəhərinə hərəkət edirmiş. Qatarda 240 nəfər olub və onlar təxliyyə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.