Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib


Digərləri 18 Fev 2019 08:24:00 172 0

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Pakistana rəsmi səfər edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib.

Bakı. Tural Turan - Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Pakistana ikigünlük səfərlə baş çəkib. Trend-in məlumatına görə, hava limanında vəliəhd şahzadəni Pakistanın baş naziri İmran xan qarşılayıb. Daha sonra iki ölkə lideri baş nazirin iqamətgahına yollanıb. İki gün ərzində M.bin Salman Pakistan siyasətçiləri ilə, həmçinin Prezident Arif Alvi və Qərargah rəisi general Kamar Bacvu ilə də, görüşlər keçirəcək.