Canavarlar malqaraya hücum edərək qoyunları parçalayıb FOTO


Digərləri 18 Fev 2019 07:14:00 210 0

Canavarlar malqaraya hücum edərək qoyunları parçalayıb  FOTO

Goranboyda yırtıcılar mal-qaraya hücum edib.

Son.az report-a istinadən bildirir ki, hadisə Eyvazlılar kəndində baş verib.

Belə ki, canavarlar kənd yaxınlığındakı örüşdə xırda buynuzlu heyvanlara hücum edərək 5 baş qoyunu parçalayıblar. Yırtıcılar tərəfindən parçalanan heyvanlardan 3-ü kənd sakini Kamil Əhmədova, 2-i isə Oqtay Xəlilova məxsusdur. Şahidlərin sözlərinə görə, sürüyə hücum edən yırtıcıların da sayı 5 olub.

Eyni vaxtda canavarlar qonşuluqdakı Boluslu kəndindəki fermalardan birinə də hücum edərək, bir baş qoyunu parçalayıblar.

Qeyd edək ki, bu, son günlər baş verən növbəti hadisədir. Bir neçə gün əvvəl rayonun Boluslu kəndində canavarlar 7 baş qoyunu parçalayıblar.


Xəbərə aid fotolar