Bağlı qapı arxasında olan şəxs xilas edilib


Digərləri 18 Fev 2019 07:07:00 173 0

Bağlı qapı arxasında olan şəxs xilas edilib

Nizami rayonunda bağlı qapı arxasında olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.