Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək


Digərləri 18 Fev 2019 07:00:00 244 0

Süni yarpaqlar qlobal istiləşmə ilə mübarizədə kömək edəcək

Süni yarpaqlar fotosintez prosesini təqlid edir, lakin bunu yalnız laboratoriyada edə bilərlər, çünki rezervuarlarda təzyiq altında saxlanılan təmiz karbon qazından istifadə olunur. İllinoysk Universitetinin tədqiqatçıları tərəfindən təklif edilmiş həll süni yarpaqları laboratoriyadan təbii mühitə çıxara bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər adi süni yarpağı yarımkeçirici membrandan hazırlanmış və su ilə doldurulmuş şəffaf kapsula bağlamağı təklif edirlər. Günəş işığı ilə isidilən membran suyun buxarlanmasına imkan verir. Su membrandan keçərkən havadan karbon qazını çəkir. Kapsulun daxilindəki süni fotosintez bloku karbon dioksidi monooksidə çevirən katalizatorlarla örtülmüş işıq uducusundan ibarətdir. Monooksidi çıxardaraq müxtəlif sintetik yanacaq növlərinin hazırlanmasında əsas kimi istifadə etmək olar. Ayrılan oksigen ətraf mühitə buraxılır.