Alimlərdən xərçənglə mübarizədə inqilabi kəşf Dərmanını tapdılar


Digərləri 18 Fev 2019 04:30:00 264 0

Alimlərdən xərçənglə mübarizədə inqilabi kəşf  Dərmanını tapdılar

ABŞ-ın Luisvil universitetinin araşdırma qrupu xərçəngin əmələ gəlməsənin qarşısını alan dərman hazırlayıblar.

Son.az ölkə.az-a istinadən bildirir ki, bu barədə "MedicalXpress" nəşri yazıb.

Alimlərin siçovullar üzərində apardıqları sınaqlar zamanı məlum olub ki, SA-4-1BBL zülalı inyeksiyasından 2 həftə sonra orqanizmi xərçəngin yaranmasından maksimum şəkildə müdafiə edir. Preparatın effekti 8 həftəyə qədər davam edir. Ekspertlərin fikrincə, genlərin kombinasiyası sayəsində əldə edilən zülal inkubator rolunu oynayır. O, orqanizmin zərərli şişlərə qarşı mübarizəsini zəiflədir və xərçəng əleyhinə olan dərmanların təsirli effekt göstərməsinə imkan yaradır.