Əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verən texnologiya hazırlanır


Digərləri 18 Fev 2019 03:30:00 271 0

Əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verən texnologiya hazırlanır

Böyük Britaniyanın Lankaster Universitetinin tədqiqatçıları əllərin təsvirinin köməyi ilə cinayətkarları yaxalamağa imkan verəcək texnologiya üzərində işləyir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlərin iddiasına əsasən, yeni texnologiya tamamilə yeni biometrik imkanlar təqdim edəcək. Damarların təsviri, dəri büküşləri, çapıqlar, tatuirovkalar və piqmentasiyanın kombinasiyası insanın eyniləşdirilməsi üçün əsas biometriya kimi istifadə olunur.