"Öz yaşıma uyğun da görünürəm" FOTO


Digərləri 18 Fev 2019 01:30:00 341 0

"Öz yaşıma uyğun da görünürəm"  FOTO

İrina Muravyova: "İlk dəfə 22 yaşında öpüşmüşəm və ərə getmişəm" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

İrina Muravyovanın sevimli frazası var: "Öz yaşımı gizlətmirəm, ona görə ki, tələbəyə ərə getməyə hazırlaşmıram". Məlahətli və cazibəli aktrisanın 70 yaşı tamam olur və bu, bir qədər qəribə görünür. Çünki Muravyova gənc ampluadadır. 20 yaşında ikən Mərkəzi Uşaq Teatrında oğlan rollarında oynayırdı. 30 yaşında olanda "Karnaval"da 16 yaşlı Nina Salamatinanı canlandırırdı. O, heç vaxt yaşından gənc və incə görünməmişdi. Gəncliyi onun xarakterindədir. İrina emosiyalarını gizlədə bilməyən biridir. Uğurlu filmlərdən başqa "Mənzillə bağlı sual" verilişində onun mətbəxini təmir etsələr də, o, işin mənasız alındığını gizlədə bilmədi: "Bircə buynuzları çatışmır ki, meşəbəyinin evinə oxşasın" - deyə az qala ağlayacaqdı. Çəkildiyi məşhur film qəhrəmanları ilə Muravyovanın çox az oxşarlığı var. O, nə qəbiristanlıqda, nə də kitabxanada kişilərlə tanış olmurdu. 40 il Leonid Eidlinlə bir yerdə yaşadı. Həyatında mühafizəkarlığı daha üstün tutur. Gənc yaşlarından özünə yalnız bir obraz seçib: "Karnaval" filmindəki Nina Salamatinanın obrazını ömürlük örnək götürərək hər şeyə rəğmən "abadoku" saxlayıb. Tamaşaçılarla görüşlərindən birində ondan həyatının ən parlaq epizodlarından birini söyləməsini xahiş edəndə bir qədər fikrə gedib: "həyatın bir anın içində belə sürətlə keçdiyini gözləmirdim" deyib.     20 il əvvəl jurnalistlər ondan "20 ildən sonra nə işlə məşğul olacaqsınız?" deyə soruşanda aktrisa "teatr mənim həyatımda önəmli deyil. Ona görə də haradasa süpürgəçilik və keşikçilik də edə bilərəm" cavabını verib. Amma xoşbəxtlikdən İrina Vadimovna Kiçik Teatrda işləməkdə davam edir.    "Nəyə görə belə az çəkilmisiniz?"   "Moskva göz yaşlarına inanmır" filmi çəkiləndən sonra kino tənqidçilər çılğınlıqla - "Bu qədər vaxtı bu gözəl aktrisa harada idi?" - deyə təəccüblərini gizlətmədilər. "Doğrudanmı, bu qədər peşəkar və inamlı oyun göstərən debütantdır?" O vaxta qədər aktrisanın 10 il iş təcrübəsi vardı. "Kinematoqraf 10 ilini itirib" - deyə kinotənqidçi Tatyana Saviskaya yazırdı.

90-cı illərdən sonra isə kinematoqrafiya daha çox şey itirib. Tamaşaçılar gözəl-göyçək, yaddaqalan aktrisanın kinodan belə tez ayrılmasına təəssüflənirlər. Muravyova isə çəkilməyi xoşlamır, ona görə ki, özünü kinoda görmür. Onu kinonun çox gözəl aktrisası hesab etsələr də, özü daim "mən teatr aktrisasıyam"- deyir.

Ümumiyyətlə, elə bir rolu yoxdur ki, özünə xoş gəlsin. Onu məşhur edən "Moskva göz yaşlarına inanmır" filmi haqqında isə belə deyib: "Nifrət etdiyim hər şey ekrana çıxdı. Çəkildiyim qəhrəman çox qəribə alınıb..." Hamıya məlumdur ki, o, "ən gözəl və cazibədar"lıqdan qətiyyətlə imtina edirdi. Xoşbəxtlikdən xüsusilə qadınlardan etiraz qəbul etməyə alışmayan, yaxın şərqli rejissor Gerald Bejanovun inadkarlığı Muravyovanı valeh etdi. Uzun illər kinonu sevmədi, niyəsini soruşduqda qızarıb üzr istəyirdi. Və yalnız bu yaxınlarda kinonun pis olmadığını etiraf edib.

Çəkildiyi filmlərin siyahısını tutsaq, yarım səhifə olar. Amma "Moskva göz yaşlarına inanmır" filmi onun bioqrafiyasında əsas yeri tutur. Aktrisa öz qəhrəmanını elə gözəl, parlaq, açıq-aydın oynamışdı ki, "o, öz-özünü oynayır" deyə düşünürdülər. Bu, doğrudanmı belədir?   Yaxşı vaxtlar idi...   - İrina Vadimovna, "Moskva göz yaşlarına inanmır" filmindəki Lyudmila rolu sizə böyük müvəffəqiyyət qazandırıb. Bəs siz özünüz canlandırdığınız qəhrəmana bənzəyirsinizmi?

- Yox, mən fərqliyəm. Lap beş pilləkəni birdən atlanmaq istəsəm də, başa düşürəm ki, onları bir-bir, inadla keçmək lazımdır. Lazımdır və keçəcəyəm. Məndə dözüm, gözləməyi bacarmaq, öz zəhmətimlə nəyəsə nail olmaq bacarığı var.

- Nəyə görə siz müsahibə verməyi xoşlamırsınız və çox az müsahibə verirsiniz?

- Müsahibə verməyi xoşlamıram. Ən əsası isə onu sonradan oxuyuram və öz sözlərimi tanımıram. Həmişə belə düşünürdüm ki, məşhur adamlar müsahibə verməkdən və öz haqqlarında danışmaqdan həzz alırlar. Artistin bir vəzifəsi var - o, oynamalıdır. Vəssalam.

- Artist olmaq - bu, cəlbedicidir?

- Cəlbedicidir! Mənəsə o qədər də xoş gəlmir. Mən bunu dəlicəsinə istəyirdim və "bazar biletini" çətinliklə, böyük zəhmət çəkərək qazanmışam. Baxın, qrim otağımın pəncərəsindən Teatr meydanı və bağçası görünür. Qarşısında isə Mərkəzi Uşaq Teatrı. Düzdür, indi o başqa cür adlanır. Orada mən yeddi il sənət qazanıb bundan sonra artist kimi işləmişəm. Yaxşı vaxtlar idi. Çox rollarda oynamışam və maraqlı alınıb. Orada mənim dostlarım, müəllimlərim qalıb.

- Sevimli aktrisanız kimdir?

- Sevimli aktrisamın kim olduğunu bilmirəm, əvəzində həqiqi ulduzları tanıyıram - bunlar Anastasiya Vertinskaya, İnna Çurikova, Marina Neelova, Alisa Freyndlixdir. 

- Sizi addımbaşı Qərbə - kinoya çəkilməyə dəvət edirlər?

- Bir dəfə dəvət almışam. Qorki adına kinostudiyaya gəlmişdim. Orda hansısa amerikalı rejissoru gördüm. Qarşıda əyləşib ayaqlarını qarşımdakı stola qoyub Böyük Pyotr haqqında nəsə deyirdi. Müxtəsəri, o, mənə mərhəmət göstərmək istəyirdi, mən daha ora getmədim.

Əsas odur ki, özünü itirməyəsən

- Bir çox artistlər üçün böyüklərin rolunu oynamaq çətin olur - bu, ciddi problemdir. Sizə gəncləri oynadıqdan sonra böyüklərə keçmək çətin olmadımı?

- Bəli, bu, çətindir. Amma özünə ciddi yanaşmaq lazım deyil - vəssalam. Onda problemlər də olmayacaq. Ümumiyyətlə, özünü elə aparmalısan ki, sanki yoxsan. Bilməlisən ki, sənin nömrən axırıncıdır. O zaman itirməyə də heç nəyin olmayacaq, söykənməyə də yer axtarmayacaqsan. Bir dəfə dedim ki, istəmirəm teatr mənim üçün həyatımın əsası olsun. Onda məni sənətimə xəyanətdə günahlandırdılar. Dedilər: "Bu necə olur? Teatr - artistin həyatının ən vacib hissəsidir. Bundan vacibi ola bilməz". Məncə isə əsas odur ki, özünü itirməyəsən. Bu zaman heç nə qorxulu deyil.

- İrina Vadimovna mənə başa salın - kinoda "qadın mövzusu" nə deməkdir?

- Məncə, bu, boş şeydir. Bu, hətta pis səslənir. Bəs kişilərdə necə, "kişi mövzusu"dur? İnsanlar var - kişilər və qadınlar və ümumbəşəri mövzu. Amma təkcə - qadının mövzusu yoxdur. Bütün bunlar tənha insanların uydurmasıdır.

- Siz tənha qadınların siyahısında deyilsiniz ki, belə düşünürəm.

- Yox, bəxtim gətirib, mənimlə evləniblər (gülür). Mənim bir kişidən 2 uşağım var.

- Siz tələbkar anasınız?

-  Tamamilə iradəsizəm. Məni ciddi olmaq üçün tərbiyələndiriblər. Məktəbdə dərslər ikiyə qalmış qurtarırdı, ikinin yarısında isə mən əllərimi yuyub stolun arxasında oturub nahar etməli idim. Bir dəqiqə belə itirə bilməzdim. Heç vaxt! Məktəbdə zəng vuruldu, hamı söhbətləşir, mənsə evə qaçırdım. Ancaq indi başa düşürəm ki, bu, necə də gözəldir. Əvvəla, mən yaxşı oxuyurdum, boş söhbətlərə vaxt itirmirdim. Mən indi də teatrda vaxt itirmirəm, vərdiş etmişəm. Tamaşa qurtaran kimi mən gedirəm... "qara işləri" artıq yoldaşım görür - məni evə aparır.

- O, sizi pərəstişkarlarınıza qısqanırmı?

- Yox, əvəzində mən çox qısqancam.


Xəbərə aid fotolar