Heç kəsin yeniləyə bilməyəcəyi


Digərləri 18 Fev 2019 00:45:00 232 0

Heç kəsin yeniləyə bilməyəcəyi

1955-ci ildə "Ginnesin Rekordlar Kitabı" populyarlaşdıqdan sonra insanlar rekordları yeniləməyə çaılışırlar.

Son.az ölkə.az-a istinadən bildirir ki, bununla belə, elə rekordlar var ki, onları yeniləmək mümkün deyil. Siyahını oxucularımıza təqdim edirik.

Topu səbətdən dalbadal 5221 dəfə keçirmək

Ted Seynt Martin ömrü boyu, hətta kollecdə oxuyanda da basketbol oynamayıb. Amma həyatı boyu dəqiq rekordlara imza atıb. 1975-ci ildə Harold Levitt səbətə 499 top atdı. Amma Ted Seynt bu rekordu 739 rəqəmi ilə yenilədi. Tedin 75 yaşı olanda isə 5221 dəfə ardıcıl olaraq səbətə top atdı.

İldırım eyni adamı 7 dəfə vurdu

Roy Sallivan ABŞ-ın Şenandoa milli parkının əməkdaşı olub. 1942-1977-ci illər ərzində onu yeddi dəfə ildırım vurub. Bu, parkın həkimi tərəfindən rəsmi qeydə alınıb. Sallivan isə etiraf edib ki, atası ilə ot biçəndə ildırım onun dəryazını vurub.

68 il davam edən hıçqırıq

Çarlz Osbornun 28 yaşı olanda qəribə hadisə baş verdi. O, 159 kq çəkisi olan donuz cəmdəyi qaldırdı və yıxıldı. Amma bundan sonra onda hıçqırıq başladı və bu, 68 il davam etdi. Amma hıçqırıq Çarlza yaşamağa mane olmayıb. Çarlz iki dəfə evlənib və 8 uşağı olub. 1990-cı ildə hıçqırıq dayandı.

Amma bir neçə ay sonra Çarlz mədə xorası xəstəliyindən dünyasını dəyişdi. Hesablamalara əsasən, Osborn bu dövr ərzində 595 milyon dəfə hıçqırıb.

Avstraliyalı 26 il göbəyinə yığılan tükü yığıb

Avstraliyalı Qrem Barker 1984-cü ildən göbəyinə yığılan tükləri yığmağa başlayıb. Bu günə qədər də bu rekord heç kəsi maraqlandırmayıb.

Maykl Ceksonun "Thriller" albomu 30 dəfə platin albom seçildi

Pop kralının "Thriller" albomu ötən ilin dekabr ayında 30-cu dəfə platin albom seçilib. Alboma "Beat it", "Billie Jean", "Thriller" kimi hitlər daxil edilib.

Futbol oyununda təmiz qələbə


Xəbərə aid fotolar