Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)


Digərləri 18 Fev 2019 00:12:36 217 0

Bakıda batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda maraqlı anlar (FOTO)

Bakıda 16-17 fevral tarixlərində batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilib.

Bakı. Bakıda 16-17 fevral tarixlərində batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilib. Trend-in məlumatına görə, turnirdə 30 ölkədən 160-dan çox gimnast iştirak edib. Azərbaycanlı gymnast Mixail Malkin Kubokun gümüş medalını qazanıb. Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan və batutçular üçün ilin ən vacib startlarından biri olan bu Dünya Kubokunda Vladislav Qonçarov, Rozanna Maklennan, Ceyson Börnett, Dun Dun, Qao Ley, Dmitri Uşakov və Peyc Brioni kimi Olimpiya ulduzları mübarizə aparıb. 2019 və 2020-ci illərdə Tokio Olimpiya Oyunlarına batut gimnastikası üzrə təsnifat xarakterli 6 Dünya Kuboku keçiriləcək. Paytaxtımız gələn il bu kuboklardan daha birinə də ev sahibliyi edəcək.